Xəbərlər
Azərbaycan, Rusiya və İran prezidentləri Bakıda "Şimal-Cənub" layihəsini müzakirə edəcəklər
Azərbaycan, Rusiya və İran prezidentlərinin avqustda Bakıda keçiriləcək görüşü zamanı "Şimal-Cənub" dəmir yolu nəqliyyat dəhlizi layihəsi müzakirə olunacaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə brifinqdə deyib. /Trend/
Onun sözlərinə görə, bu layihənin çox böyük iqtisadi perspektivi var.
E.Məmmədyarov qeyd edib ki, dövlət başçılarının görüşünün dəqiq tarixi avqustda müəyyən olunacaq.