YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub

Mayın 15-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənın milli müdafiə naziri İsmət Yılmaz ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

İsmət Yılmaz Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin rolunu və əhəmiyyətini yüksək qiymətləndirib.

Nazirlər regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun da iştirak edib.