Xəbərlər
Bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib
Bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib. Bu barədə SOCAR-dan məlumat verilib.
Məlumatda bildirilir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə cari ilin yanvar-aprel ayları ərzində 2208 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 138 kilometr qaz kəməri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsi qazlaşdırılıb.