YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Ordumuz hər zaman işğalçılara layiqli cavab verəcək

«Ermənilər mülki əhalini atəşə tutmaqda əsas məqsədlərindən biri də insanlarda qorxu və ruh düşkünlüyü yaratmaqdır. Amma proseslər tam əksinə gedir». Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki,  cəbhə bölgəsində yaşayan insanlar öz yurdlarını tərk etməyərək  böyük ruh yüksəkliyi ilə ordumuzu dəstəkləyirlər. Onun sözlərinə görə, tarix boyu ruh yüksəkliyi bütün böyük müharibələrin taleyində həlledici rollardan birini oynayıb.

«Azərbaycan sülh tərəfdarıdır, amma heç vaxt torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacağıq. Ermənistanın indiki rəhbərliyinin öz əhalisi arasında nüfuzu yoxdur. Bu vəziyyətlə işğalçı dövlətin hakimiyyəti tezliklə iflasa məhkumdur. Ordumuz isə hər zaman işğalçılara layiqli cavab verməklə öz gücünü göstərəcək»- deyə, Ş.İsmayılov qeyd edib.