YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Ermənistan rəhbərliyinin sağlam düşüncədən məhrum olması artıq heç bir şübhə doğurmur

Ermənistan rəhbərliyinin sağlam düşüncədən məhrum olması artıq heç bir şübhə doğurmur. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" şəbəkəsindəki səhifəsində qeyd edib.

PA rəsmisi fikirlərini belə davam etdirib: "Gör nə dərəcədə həyasız olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırır. Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa aid etmir. Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi əslində burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə həyasız olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır".

N.Məmmədov əlavə edib ki, dünyada indiki gərginliyin olduğu dövrdə belə addımlarla Ermənistan rəhbərliyi ölkəsinin və xalqının rifahını və firavanlığını heç vaxt təmin edə bilməyəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv