Xəbərlər
AŞPA monitorinq komitəsində Dağlıq Qarabağla bağlı müzakirələr aparılıb
Aprelin 21-də Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində qurumun monitorinq komitəsinin Avropa Şurasına üzv ölkələr arasındakı münaqişələrə dair xüsusi alt komitəsinin ilk toplantısı keçirilib.
İclasda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr müzakirə olunub.
İclasda iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, erməni tərəfi AŞPA sessiyalarında yalan və böhtan xarakterli çıxışlar etməsinə baxmayaraq, komitə iclaslarında konkret faktlar haqqında müzakirələrdən yayınır və onların əhəmiyyətsiz olduğunu bildirirlər.
S.Seyidov müzakirələr zamanı erməni tərəfin həmişə olduğu kimi, yenə də konstruktiv mövqedən uzaq təkliflər irəli sürdüyünü qeyd edib. Bildirib ki, ermənilər konkret faktlar üzrə müzakirələrdən qaçırlar, Assambleyanın plenar iclaslarında isə yalan danışmaq siyasəti aparırlar. Ermənilər konkret müzakirələrin, faktların əhəmiyyətsiz olduğunu söyləyərək müzakirələrin bağlanmasına çalışırlar. Bu da onların qeyri-konstruktiv mövqelərini bir daha göstərir.