Xəbərlər
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu modelinin mahiyyətində vətəndaş dayanır
«Azərbaycanda dövlət quruculuğu modelinin mahiyyətində vətəndaş dayanır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, ölkəmizdə vətəndaşların sosial müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Onun sözlərinə görə cəmiyyətin əsasını ailə təşkil edir və adət-ənənələrimizin hüquqi bazada da öz əksini tapması əhəmiyyətlidir.
«Vaxtaşırı olaraq Ailə Məcəlləsinin təkmilləşdirilməsi də ailə institutunun təkmilləşdirilməsinə xidmət edir. Zərurət yarandıqca bu yöndə işlər davam etdiriləcək»- deyə, komitə sədri vurğulayıb.