YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Biz bu tariximizi heç zaman unutmamalı, gələcək nəsillərə ötürməliyik

«31 mart hadisələri xalqımızın tarixində ən qanlı hadisələrdəndir. Biz bu tariximizi heç zaman unutmamalı, gələcək nəsillərə ötürməliyik». Bu fikirləri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, xalqımıza qarşı həyata keçirilən soyqırımı və deportasiya siyasəti ağır maddi və mənəvi zərbələr vurub. Lakin uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış və erməni vəhşiliyinə siyasi qiymət verilməyib. Onun sözlərinə görə, yalnız Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub.

«Məhz Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Amma 31 mart soyqırımı beynəlxalq səviyyədə hüquqi qiymətini almayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür»- deyə, N.Cəfərov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv