YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfərə aparan qəhrəmanlıq yolu”

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Zəfərə aparan qəhrəmanlıq yolu” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl məktəblilərin Vətənə, dövlətçilik dəyərlərinə və şəhidlərimizin əziz xatirəsinə həsr etdikləri yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxış edərək Azərbaycan Ordusunun bugünkü qüdrətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasətinin mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xətti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilib. Bu müddət ərzində Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirilib, şəxsi heyətin döyüş hazırlığı və peşəkarlığı yüksək səviyyəyə çatdırılıb.

Vurğulanıb ki, həyata keçirilən məqsədyönlü siyasətin nəticələri 2020-ci il Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərində özünü aydın şəkildə göstərib. Bu tarixi hadisələr nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, xalq-ordu birliyi və Azərbaycan Ordusunun gücü bir daha nümayiş etdirilib.

Qeyd olunub ki, hər il Azərbaycan xalqı və dünya azərbaycanlıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarını 27 Sentyabr - Anım Günündə ehtiramla yad edirlər. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.

Şəhid valideynləri övladlarının Vətən qarşısında sonadək sədaqət göstərməsindən, keçdikləri döyüş yolundan və Vətən sevgisindən söz açıblar. Şəhid ailələrinə göstərilən dövlət diqqət və qayğısının əhəmiyyəti vurğulanıb.

Sonda məktəblilərin ifasında Vətənə məhəbbət, dövlətçilik və qəhrəmanlıq mövzularını əks etdirən bədii kompozisiyalar təqdim olunub.