YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Soyqırımlara son!” mövzusunda beynəlxalq konfrans keçirilir

Martın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Soyqırımlara son!” mövzusunda beynəlxalq konfrans keçirilib.

31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətindən danışıb. Eyni zamanda,1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Digər çıxış edənlər də Azərbaycanda və dünyanın müxtəlif ölkələrində baş verən soyqırımların acı nəticələrindən söz açıb, insanlara qarşı dəhşətli qətliamlara, amansız terror aktlarına son qoyulması üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıblar.

Sonra konfrans işini bölmələrdə davam etdirib. İclaslarda yerli və xarici mütəxəssislərin mövzuya dair məruzələri dinlənilib, müzakirələr aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv