Xəbərlər
ABŞ–ın dövlət katibi: Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapmasını görmək istəyirik
“Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.” Bu fikirləri Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə martın 30-da Vaşinqtonda görüşündə qeyd edib.
“Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır.”-deyə, Con Kerri bildirib.