YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Con Kerri: Azərbaycana çox minnətdarıq

“Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.” Bu fikirləri martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən əvvəl mətbuata bəyanatında səsləndirmişdir.

 “Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəyahət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır.” – deyə, Con Kerri qeyd etmişdir.

Con Kerri: “İndi isə cənab Prezidentə Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün buraya təşrif buyurduğuna və Azərbaycan üçün iqtisadi imkanların, eləcə də regional təhlükəsizlik münasibətlərinin uyğunlaşdırılması üzərində işlədiyi müddətdə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Sizi öz aramızda görməkdən şadam.”