YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 30-da Talassemiya Mərkəzində olub.

Talassemiya Mərkəzində müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan müalicələr barədə məlumat verib. Qeyd olunub ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi, həm də mənəvi cəhətdən dəstək baxımından əhəmiyyətli səhiyyə ocağıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzin gələcək fəaliyyəti üçün zəruri məqamlarla maraqlanıb və Fondun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirib.

Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək, onlara hədiyyələr təqdim edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Talassemiya Mərkəzinin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə nail olunub.

 

DİGƏR Xəbərlər Arxiv