Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə Bolqarıstan Respublikasının milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Zəngin ənənələrə malik olan Azərbaycan-Bolqarıstan əlaqələri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə müşayiət olunur.
Ümidvaram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah arzulayıram.”