YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda parlament seçkiləri Avrasiya inteqrasiyasının dördüncü reytinqinə daxil edilib

MKR-Media” şirkəti Avrasiya inteqrasiyasının dördüncü reytinqini təqdim edib. Bu reytinq xüsusi olaraq fevralın 18-20-də Krasnoyarsk İqtisadi Forumu-2016 üçün hazırlanıb.

“MKR-Media” şirkətindən  verilən məlumata görə, 2015-ci ilin sonunda Avrasiya inteqrasiyasına müsbət təsir göstərmiş hadisələrin reytinqində ilk yeri Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında ticarət əlaqələrinin möhkəmləndirilməsinə dair Rusiya Prezidenti Vladimir Putinə müraciəti tutur. Ekspertlərin qeyd etdiyi kimi, söhbət münasibətlərin sürətləndirilmiş inkişafından getmir, lakin “sanksiyalar müharibəsi” şəraitində belə bir dialoq Avrasiyada ən çox inkişaf etmiş iki iqtisadi ittifaq arasında istiləşmənin başlanğıcı sayıla bilər.

Rusiyalı ekspert Stanislav Tkaçenko Azərbaycanda keçirilmiş və Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyasının qalib gəldiyi parlament seçkilərini xüsusi qeyd edib. S.Tkaçenko deyib: “İqtisadi böhran mərhələsində bu, Azərbaycan Respublikasında siyasi sabitliyin saxlanılmasının əlavə zəmanətidir”.

Müsbət hadisələrin ilk onluğuna Vladimir Putinin xarici siyasətlə bağlı bir sıra bəyanatları da daxil edilib. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və ASEAN ölkələri arasında geniş miqyaslı iqtisadi əməkdaşlığın yaradılması, Rusiyanın Gürcüstanla viza rejiminin ləğvinə hazır olması, 40 ölkənin Aİİ ilə azad ticarət zonası yaratmaq niyyəti bu bəyanatlar sırasındadır. Qeyd olunur ki, Rusiya və Sinqapur artıq azad ticarət zonasının yaradılmasına dair məsləhətləşmələr aparır, İsrail və Koreya da oxşar danışıqlara başlayacaqlar. Digər ölkələr üçün Rusiya və Vyetnam arasındakı ticari-iqtisadi münasibətlər təcrübəsi örnək ola bilər.

Avrasiya inteqrasiyasının dördüncü reytinqi “MKR-Media” şirkətinin rəsmi saytında dərc olunub. Sənəd “Delovaya Rossiya” Ümumrusiya ictimai təşkilatının MDB işləri və Vahid İqtisadi Məkannın formalaşdırılması üzrə Komitəsi, habelə “Yevraziyskoye razvitiye” Mərkəzi Asiya Klubunun birgə təşəbbüsü ilə hazırlanıb. Reytinqin tərtib olunmasında Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin politoloqları, hüquqşünasları və iqtisadçıları iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv