YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır

«Gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə,qadın və üşaqların hüquqlarının təmin edilməsini rəhbər tutan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir». Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə cəmiyyət həyatının digər sahələrində olduğu kimi gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edildi.

«Ulu öndərin fəalyyəti nəticəsində gender problemlərinin həllinə böyük təkan verildi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrilib»- deyə, komitə üzvü qeyd edib.