YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İsveç arasında Konvensiya imzalanıb

“Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalanıb.

Sənəd fevralın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsveçin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşündə imzalanıb.

Əvvəlcə Azərbaycanın və İsveçin xarici işlər nazirlərinin təkbətək görüşü olub. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov bildirib ki, imzalanmış sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişafına şərait yaradacaq. Eyni zamanda, bu, İsveç sərmayəçilərinin ölkəmizə investisiya yatırmaları üçün yeni imkanlar açacaq.

İsveçin xarici işlər naziri Azərbaycana səfərin nəticələrinin uğurlu olacağına əminliyini bildirib. Nazir ölkəmizdə şahidi olduğu tolerant və multikultural mühitin onda xoş təəssüratlar yaratdığını bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Marqot Vallström qeyd edib ki, problemin həlli ilə bağlı Minsk qrupu ölkələrinin daha geniş formatda görüşünü keçirmək mümkündür. O, İsveçin BMT Təhlükəsizlik Şurasına üzvlüyünə dair məsələnin müzakirəsi zamanı Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

 

DİGƏR Xəbərlər Arxiv