Xəbərlər
Azərbaycan Türkiyəyə elektrik enerjisinin ixracına başlayıb

“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə elektrik enerjisinin ixracına başlanılıb.
Bu barədə Azərbaycanın Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 7-dən etibarən Azərbaycan Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracını həyata keçirir və sutkada təxminən 80 meqavatt elektrik enerjisi Azərbaycandan Türkiyəyə ötürülür.