Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-da tibbi qiymətləndirmə kursunda iştirak edirlər
Fevralın 8-də Madriddə NATO-da tibbi qiymətləndirmə, Almaniyanın Oberammerqau şəhərində resursların idarə edilməsi üzrə təhsil proqramı kursları və Qarmiş-Partenkixen şəhərində (Almaniya) dil testi üzrə seminar işə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
Kurslar fevralın 12-dək, dil testi üzrə seminar isə fevralın 19-dək davam edəcək.