YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək üçün zəruri tədbirlər həyata keçirilir

«Azərbaycanda hər bir ailənin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial–iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilir». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, bu sahədə qəbul olunmuş bir sıra dövlət proqramları hər bir vətəndaşımızın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması istiqamətində bütün imkanları təmin edir. Onun sözlərinə görə, keçən müddət ərzində Komitənin nəzdində fəaliyyət göstərən 11 uşaq və ailələrə dəstək mərkəzinin xətti ilə 57 mindən çox vətəndaşa psixoloji, hüquqi və tibbi yardım olunub.

«2008-ci ildən etibarən keçirilən “Ailə bayramı”nda Azərbaycanın bütün rayonlarından 100-ə yaxın ailə iştirak edir. 2009-cu ildən başlayaraq Komitə tərəfindən Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı uğurla həyata keçirilir. Məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatın toplanılmasına başlanılıb. Bu gün aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların fəallığının artırılmasıdır. Bu məqsədlə Komitə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə ikiillik “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirir. Artıq Sabirabad, Neftçala və Masallıda qadın resurs mərkəzləri yaradılıb. Xüsusilə aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmasında belə layihələr mühüm əhəmiyyətə malikdir. Son illərdə paytaxtda və regionlarda qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.