Xəbərlər
Elektron xidmətlərdən istifadənin təşviqi və maarifləndirmə tədbirləri nəticəsində vətəndaş müraciətləri əhəmiyyətli şəkildə azalıb
2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökumət portalı” və “Elektron ödəniş portal” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26 faiz azalıb.