YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına dair Tvinninq layihəsinin təqdimatı keçirilir

Yanvarın 27-də Bakıda "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsinin təqdimatı ilə bağlı konfrans öz işinə başlayıb.

Konfransda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bu Tvinninq layihəsinin Avropa İttifaqının dəstəyi ilə keçirilən 2-ci layihə olduğunu deyib. Bildirib ki, ilk layihə 2009-2012-ci illəri əhatə edib və Almaniya, Bolqarıstan, Çexiya və Niderlandın statistika orqanları bu layihəyə cəlb olunub. Məqsəd isə Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasıdır.

T.Budaqov qeyd edib ki, budəfəki Tvinninq layihəsində isə Avropa İttifaqı adından Almaniya və Bolqarıstan təmsil olunurlar. Layihənin icrasına 40-dək beynəlxalq mütəxəssis cəlb ediləcək. Artıq layihənin icrasına nəzarət üçün İdarəetmə Komitəsi yaradılıb. Tvinninq layihəsi 24 ay ərzində icra olunacaq.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın statistika sisteminin daha da təkmilləşdirilməsini qarşıya məqsəd kimi qoyub. Dövlət Statistika Komitəsi isə işini bu istiqamətdə qurur və ölkədə statistika sisteminin təkmilləşdirilməsi üçün kifayət qədər qanunvericilik bazası var.

Z.Səmədzadə əmin olduğunu bildirib ki, bu Tvinninq layihəsi uzun müddətli olacaq və Azərbaycanın iqtisadiyyatinin keyfiyyətinin təmin olunmasında mühüm rol oynayacaq.

Konfransda mərkəzi icra hakimiyyəti orqanlarının, xarici statistika institutlarının rəhbərləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və millət vəkilləri iştirak edirlər.

 

DİGƏR Xəbərlər Arxiv