YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın multikulturalizm sahəsində uğurları Avropa Şurası tribunasından bəyan edilib

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə Avropa Şurası Nazirlər Komitəsinin ötən sessiyadan keçən dövr ərzindəki işləri barədə hesabat məruzəsi təqdim edilib. Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov məruzəsini Assambleya üzvlərinə təqdim etdikdən sonra sualları cavablandırıb.

Nazirə ünvanlanan suallar sırasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sorğusu diqqəti cəlb edib. O, Avropa Şurasının son illərdəki fəaliyyətində xüsusi yer tutan multikulturalizm üzərində dayanaraq Azərbaycanın bu sahədə dünyada model ölkələrdən birinə çevrildiyini vurğulayıb. Bəzi ölkələrdə bu sahənin perspektivlərinə bədbin yanaşmalara Nazirlər Komitəsinin münasibətini öyrənmək məqsədilə Rafael Hüseynov belə bir sual verib: “Son illərdə dinlər və mədəniyyətlərarası dialoq problemi Avropa Şurasının gündəliyindəki daimi müzakirə mövzularından olub. Elə mən özüm bu haqda bir neçə məruzə hazırlamışam. Azərbaycanda multikulturalizm məsələsinə xüsusi əhəmiyyət verilir və hətta 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Lakin Avropa Şurasına üzv olan monoetnik dövlət də var, bəzi üzv ölkələrdən multikulturalizmi perspektivsiz, iflasa uğramış siyasət sayan səslər də eşidilməkdədir. Ona görə də Nazirlər Komitəsinin bu məsələyə münasibətini və bir xarici işlər naziri olaraq sizin problemin perspektivlərinə dair fikrinizi bilmək istərdim”.

Deputat R.Hüseynovun sualını cavablandıran nazir Daniel Mitov deyib: “Multikulturalizm indi mürəkkəb proseslərin cərəyan etdiyi dünyada bəlkə də əvvəlki zamanlardan daha artıq aktuallıq kəsb edir. Ölkələri və xalqları yaxınlaşdırmaq, anlaşmanı dərinləşdirmək üçün bu istiqamətdə görülən işlərin əhəmiyyəti misilsizdir. Dinlər və millətlər arasında nifaq salmaq, münasibətlərin mövcud normal paradiqmalarını pozmaq cəhdlərinə qarşı mübarizədə multikulturalizm istiqamətində görülən işlər son dərəcə vacibdir. Bu istiqamət Avropa Şurası üçün çox önəmlidir və gələcəkdə də dərinləşdiriləcək və genişləndiriləcək. Biz bu sahədə müsbət təcrübələri və onları ortaya qoyan ölkələri yüksək qiymətləndiririk”.

 

DİGƏR Xəbərlər Arxiv