YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

VIII Qurultay ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyır

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı tərəfindən rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrdən, qurultay materiallarının ərazi partiya təşkilatlarında dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.

İlqar İlyasov bildirib ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqi Azərbaycanın tarixi inkişaf yoluna və əldə etdiyi mühüm nailiyyətlərə siyasi qiymət verməklə yanaşı, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni mərhələdə qarşıda duran strateji hədəfləri və prioritet vəzifələri də müəyyənləşdirir.

O vurğulayıb ki, tədbirin əsas məqsədi dövlət başçısının müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini dərindən öyrənmək və bu istiqamətlərin YAP Qaradağ rayon təşkilatının fəaliyyətində konkret şəkildə əks olunmasını təmin etməkdir. Eyni zamanda, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının və partiya üzvlərinin üzərinə düşən məsuliyyətin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qaradağ Rayon Sukanal İdarəsinin rəisi, “Dadaş Bünyadzadə küçəsi, II dalan” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sultan Əmiraslanov, Bakı Regional Qaz İstismar İdarəsinin Qaradağ rayonu üzrə Texniki Baxış və Təmir-Bərpa Xidmətinin rəisi, “Nurlan Hüseynov küçəsi 21” ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini Tofiq Əliyev və digər iştirakçılar VIII Qurultayın ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu mühüm tarixi mərhələdə keçirildiyini vurğulayıblar.

Çıxışlarda qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığı, Prezident İlham Əliyevin nitqinin Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi məzmun kəsb etdiyi qeyd olunub. Bildirilib ki, nitqdə irəli sürülən vəzifələr hər bir partiya üzvü və vətəndaş tərəfindən dərindən mənimsənilməli, onların həyata keçirilməsinə əməli töhfələr verilməlidir.