YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatının ərazi partiya təşkilatlarında yığıncaqlar keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Göygöl Mərkəzi Xəstəxana PHŞ ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı yığıncaq keçirilib.

Tədbir zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Mərkəzi Rayon Xəstəxanası PHŞ ərazi partiya təşkilatının sədri Vasif Əliyev, Xəstəxananın baş həkimi Vüsalə Qələndərova, şöbə müdiri, ƏPT sədrinin müavini Vilayət Musayev çıxış edib.

Çıxışlarda yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilən, ölkəmiz üçün mühüm ictimai-siyasi hadisə olan VIII Qurultayda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən danışılıb, ölkə Prezidentinin proqram xarakterli nitqinin hər bir Azərbaycan vətəndaşı və hər bir partiya üzvü üçün fəaliyyət proqramı və yol xəritəsi olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib, gələcək fəaliyyətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqi ölkəmizin qarşıdakı inkişaf mərhələsinin əsas hədəflərini əks etdirməklə yanaşı, partiyanın bütün strukturları, o cümlədən yerli təşkilatları üçün də mühüm fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə ölkəmiz yeni tarixi mərhələyə qədəm qoyub. Bu reallıq qarşıya yeni məqsədlər qoyur və onların həyata keçirilməsi hər bir sahədə sistemli, ardıcıl və məsuliyyətli fəaliyyət tələb edir. VIII Qurultayda səsləndirilən fikirlərin və irəli sürülən vəzifələrin dərindən öyrənilməsi, onların partiya üzvləri arasında geniş izah olunması, gündəlik fəaliyyət zamanı rəhbər tutulması mühüm əhəmiyyət daşıyır.

Natiqlər YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirildiyini, mühüm siyasi əhəmiyyət daşıdığını və Qurultayda söylənilən fikirlərin mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulmasının xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd edilib ki, hər bir partiya üzvü öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə Qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməlidir.