Xəbərlər
Britaniya Baş naziri Almaniyadan yardım istəyib
“Associated Press”in məlumatına görə, Britaniya Baş naziri Devid Kemeron Avropa İttifaqında islahatların aparılmasına yardım etməsi üçün Almaniyaya müraciət edib. İslahatların aparılması baş nazirə britaniyalıları 28 üzvü olan ittifaqda qalmağa inandırmaq üçün lazımdır.
2017-ci ilin sonunadək Britaniyanın Avropa İttifaqındakı taleyini müəyyən edəcək referendumun keçiriləcəyi gözlənilir. Aİ ilə əlaqələri müzakirə etmək üçün Almaniyada səfərdə olan Kemeron ölkəsindəki avroskeptizmin güclənməsinin qarşısını almağa çalışır. Baş nazirin istəyi Aİ-də bürokratiyanın azaldılması, daha çox səlahiyyətin Brüsseldən üzv ölkələrə verilməsi, həmçinin, Britaniyanın Aİ ilə daha sıx siyasi inteqrasiyadan və avrodan istifadə edən 19 ittifaq ölkəsinin iqtisadi qərarlarından qorunmasıdır.