YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatının 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında keçdiyi inkişaf yolundan, rayon təşkilatının fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi fəaliyyətini uğurla davam etdirir, Azərbaycanın inkişafına və əldə olunan tarixi nailiyyətlərə mühüm töhfələr verir.

Tədbirdə çıxış edən Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, "Mədəniyyət işçiləri" ərazi partiya təşkilatının sədri Gülgün Kərimov, partiya veteranı İmran Nəsibov, "20 Yanvar 25" ərazi partiya təşkilatının sədr müavini Asif Qənbərov və partiya fəalı Şəfəq Heydərli Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində ölkənin ictimai-siyasi inkişafında mühüm rol oynadığını qeyd ediblər. Natiqlər vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkənin davamlı inkişafı, tarixi Zəfərləri və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunur.

Sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olunub.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini və keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv