Xəbərlər
Daşkəsəndə Silahlı Qüvvələri Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli ordu quruculuğu siyasəti, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolu və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi qələbələr barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təminatçısıdır. Qeyd olunub ki, ordumuzun güclənməsi və müasir dövrün tələblərinə uyğun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
