YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyevin ordu quruculuğu siyasəti”

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının Orta Ləki kənd ərazi partiya təşkilatında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə “Heydər Əliyevin ordu quruculuğu siyasəti” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov və rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov, partiya fəalları Sona Məmmədova, Röyal Əliyev, Amil Ağayev və Fuad Əhmədli Silahlı Qüvvələr Gününün tarixi əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, müstəqil Azərbaycanda ordu quruculuğunun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır və onun hərbi potensialı, maddi-texniki bazası və arsenalı davamlı olaraq yenilənir. Bu uğurların əsasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır.

DİGƏR Xəbərlər Arxiv