YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərazi partiya təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Koroğlu Rəhimov küçəsi 13” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Görüşdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, eləcə də partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakı ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, Odlar Yurdu Universitetinin Tədris işləri üzrə prorektoru Qabil Qafarov və digərləri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan mühüm nailiyyətlərdən bəhs ediblər.

Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin gücləndirilməsi və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir. Partiyanın cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən təşəbbüsləri ölkənin davamlı inkişafına və ictimai-siyasi sabitliyin qorunmasına mühüm töhfə verir.

Sonra təşkilati məsələlərə baxılıb. Məmmədova Ayna Valeh qızı ərazi partiya təşkilatının sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv