YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İki dost ölkə böyük uğurlara imza atır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan və Türkmənistan əlaqələri ortaq tarixi köklərə, qardaşlığa və dövlət başçılarının siyasi iradəsinə əsaslanır. Bu strateji tərəfdaşlıq bütün sahələr üzrə uğurla inkişaf edir. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun  ölkəmizə dövlət səfəri bir daha bu reallıqlara işıq saldı. Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifə açmaqla yanaşı, keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar.

Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksək etimad mühiti iki ölkənin intensiv xarakter daşıyan yüksəksəviyyəli qarşılıqlı səfərlərində və davamlı siyasi dialoqda aydın şəkildə özünü göstərir. Prezidenti İlham Əliyevin son illərdə Türkmənistana həyata keçirdiyi 2 rəsmi və 5 işgüzar səfər, eləcə də 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkmənistan və Özbəkistan  arasında yüksəksəviyyəli görüşdə iştirakı ölkəmizin dost, qardaş ölkəyə münasibətinin təqdimatında əhəmiyyətli rol oynayır. Qarşı tərəf də əlaqələrin yüksələn xətlə inkişafında maraqlı olduğunu  göstərdiyi səyləri, atdığı real addımları ilə təsdiqləyir.

Dəvəti qəbul etdiyinə və Azərbaycana səfərə gəldiyinə görə Türkmənistan  Prezidentinə bir daha təşəkkürünü bildirən cənab İlham Əliyev səfərin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Vurğuladı ki,  həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi. “Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər. Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürünü ifadə edir.  Buna tarixi hadisə kimi baxırıq. Çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.

Prezidentlərin görüşlərində diqqət göstərilən sahələrdən biri də məhz  nəqliyyat-logistika sahəsi oldu. “Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir” deyən dövlətimizin başçısı bu məqamı da qeyd etdi ki, çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.

Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir. Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyini  təmin edən iki əsas həlqədir.

DİGƏR Xəbərlər Arxiv