Xəbərlər
Naftalandə 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub
Naftalan şəhərində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto stendlərə baxış keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası ölkəmizin tərəqqisini və gələcəyini təmin edir. Bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri, eləcə də 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti dayanır.
Vurğulanıb ki, Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası həm ölkədə, həm də xaricdə yaşayan soydaşlarımızın ümummilli mənafelər çərçivəsində bir araya gəlməsini təmin etmiş, Azərbaycan maraqlarının uğurla qorunması üçün fundamental baza rolunu oynamışdır.
