YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xalqa bağışlanan ömür”

Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzi parkında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Allahyarlı ərazi partiya təşkilatının sədri Ərşad Hüseynov və Nizami Ağayev adına Beyləqan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Eyruz Pəsiyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən danışıblar. Qeyd edilib ki, Ulu Öndərin həyata keçirdiyi islahatlar gənclər siyasətinin təməlini qoyub, vətənpərvərlik və azərbaycançılıq ideologiyasının formalaşmasına xidmət edib və müasir gəncliyin inkişafında həlledici rol oynayıb. Müasir Azərbaycan Ulu Öndərin şah əsəridir və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi ədalət bərpa olunub, işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və abadlıq işləri həyata keçirilir.

Tədbir çərçivəsində partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub, rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən partiya üzvlərinə isə fəxri fərmanlar verilib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv