Xəbərlər
“Azərbaycan dinamik inkişaf edən güclü dövlətə çevrilib”
Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra tədbir iştirakçıları Cəlilabad şəhərinin mərkəzi parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb və əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı və digərləri bildiriblər ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin tarixində dönüş nöqtəsi olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasının reallaşdığı, ölkənin parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas edildiyi mühüm tarixi mərhələdir.
Qeyd olunub ki, Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində dövlət gənclər siyasətinin möhkəm təməli qoyulub, vətənpərvərlik və azərbaycançılıq ideologiyası formalaşdırılıb, gənclərin ölkənin inkişafında aparıcı qüvvəyə çevrilməsi üçün geniş imkanlar yaradılıb. Milli Qurtuluş Günü müasir gəncliyin formalaşmasında mühüm rol oynayıb, milli dəyərlərə bağlı, savadlı və vətənpərvər gənc nəslin yetişməsinə zəmin yaradıb.
Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs uğurla davam etdirilir, Azərbaycan beynəlxalq aləmdə nüfuzu artan, dinamik inkişaf edən güclü dövlətə çevrilib.
