YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan regionun güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib”

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə tədbir təşkil olunub.

Əvvəlcə iştirakçılar Şəmkir Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov çıxış edərək müstəqillik tariximizin şanlı səhifələrindən bəhs ediblər.

Çıxışlarda Azərbaycanın suveren dövlət kimi keçdiyi tarixi inkişaf yolu təhlil olunub, milli dövlətçilik ideyalarının cəmiyyətdə və xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığı vurğulanıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycan bu gün regionun güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib.

Həmçinin milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirin bədii hissəsində Şəmkir Rayon Mədəniyyət Mərkəzinin musiqi və rəqs kollektivləri, solistlər, eləcə də Şəmkir Şəhər Uşaq Musiqi Məktəbinin müəllimləri tərəfindən maraqlı musiqi və rəqs nömrələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv