YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının Təzəkənd kənd ərazi partiya təşkilatında tədbir keçirilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirib ki, 1992-ci ilin noyabrında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilərək dövlətçiliyin möhkəmləndirilməsində və Azərbaycanın inkişafında mühüm rol oynayıb. O qeyd edib ki, ötən dövrdə həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi partiya quruculuğu istiqamətində də əhəmiyyətli nailiyyətlər əldə olunub.

YAP Şəmkir rayon təşkilatının sədri bildirib ki, ərazi partiya təşkilatının üzvlərinin ictimai-siyasi fəallığının artırılması, gənclərin maarifləndirilməsi, sosial aksiyaların təşkili və dövlətçilik ideyalarının təbliği istiqamətində mühüm addımlar atılıb.

Çıxış edən partiya fəalları qeyd ediblər ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət və genişmiqyaslı quruculuq işləri nəticəsində ölkədə əhalinin rifah halı daha da yaxşılaşıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı uğurla davam etdirilir.

Daha sonra təşkilati məsələlərə baxılıb. Əflatun Əliyev Təzəkənd kənd ərazi partiya təşkilatının sədri, Elza Hüseynova isə sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv