YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MTRŞ-nin sədr müavini: Ölkədə fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması yaxşı hal deyil

Milli Televiziya və Radio Şurası (MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” adlı birgə layihəsi əsasında televiziya kanallarında apardığı monitorinqin nəticələri açıqlanıb.

Bildirilib ki, sentyabr-oktyabr aylarını əhatə edən monitorinq zamanı milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub. Monitorinq nəticəsində 7 televiziya kanalında - İctimai TV, “Xəzər” TV, ANS TV, ATV, “Space” TV, “Lider” TV və “Region” TV-də yayımlanan verilişlər izlənilərək ədəbi dil normalarının pozulma faktları aşkarlanıb.

Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir.

MTRŞ-nin  sədr müavini Qafar Cəbiyev deyib ki, ölkədə fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib və bu yaxşı hal deyil: “Dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir. Eyni zamanda bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb”.