Xəbərlər
YAP gəncləri Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar fləşmob keçiriblər
Dünən "Yasamal" parkında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar fləşmob keçirilib. Fləşmobda Ulu öndər Heydər Əliyevin imzası şamlardan hazırlanıb və şamlar yandırılıb.
Tədbirlə bağlı məlumat verən YAP Gənclər Birliyinin ofis rəhbəri, Gənclər Birliyinin sədr müavini Əli Pənahov gənclərin Ulu öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutduqlarını bildirib. Ə.Pənahov qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Məhz Heydər Əliyevin imzası ilə Azərbaycan böyük uğurlara nail olub. Dahi rəhbərin fəaliyyəti nəticəsində Azərbaycan dünyada tanınıb, dövlətimizin imzalar içində imzası var. Bizim üçün Ulu öndərimizin imzası rəmzi xarakter daşıyır. Bu fləşmobun keçirilməsi də Ulu öndər Heydər Əliyevə, Onun imzasına ehtiramı ifadə edir".
Qeyd edək ki, fləşmobda 300-ə qədər gənc iştirak edib.