YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İcbari sığortalar haqqında” qanuna dəyişikliklər ediləcək

“İcbari sığortalar haqqında” Qanuna dəyişiklik ediləcək. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Müzakirələrdə komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanuna əlavə olunan 11.3 və 11.4-cü maddələrə görə, sığorta vasitəçiləri bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulan icbari sığorta növləri üzrə sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi ilə köçürürlər. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarətiorqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir.

Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqında hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

Əlavə olunmuş 34-2.0.5 və 34-2.0.6-cı maddələrə görə isə, informasiya sisteminin məlumatlarla təchiz edilməsinə hər hansı şəxsin əmək müqaviləsinin mövcudluğu, həmin müqavilənin digər tərəfinin tam adı, bağlandığı tarix və müddəti barədə, orta aylıq əmək haqqı miqdarının hesablanması üçün tələb olunan məlumatlar daxil edilib.

Sözügedən Qanuna yeni 50-3-cü maddə də əlavə edilib. Bu maddə standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına dair əlavə tələblər haqqındadır. Qeyd olunur ki, bu Qanunun 50-1.0.1 və 50-1.0.2-ci maddələrdə nəzərdə tutulan icbari sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının  Qanununa uyğun olaraq sənəd formasında bağlanır.

Qanuna əlavə edilən 52-1-ci maddədə avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi üzrə əlavə tələblər irəli sürülür. Zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və ya yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyətini icbari formada sığortalanmış sığortaçıdan tələb edir.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.