YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir şəhərsalmada su təsərrüfatı: dayanıqlı inkişaf modeli”

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qaradağ rayonu Sukanal İdarəsinin birgə təşkilatçılığı ilə “Müasir şəhərsalmada su təsərrüfatı: dayanıqlı inkişaf modeli” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Mərkəzin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Azərbaycanın qədim şəhərsalma ənənələrinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan bəhs edib. O, qloballaşan dünyada şəhərlərin dayanıqlı inkişaf prinsipləri əsasında formalaşdırılmasının vacibliyini vurğulayaraq, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

F.Qurbanov, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, müasir memarlıq nümunələrinin yaradılmasından, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqindən danışıb. O, müasir şəhərsalmada su təsərrüfatının rolunu önə çəkərək içməli su ehtiyatlarının qorunması, ekoloji tarazlığın təmin edilməsi və bu sahədə çalışan əməkdaşların zəhmətinin yüksək qiymətləndirilməli olduğunu bildirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qaradağ rayonu Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov 2026-cı ilin Prezident İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin strateji əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu təşəbbüs ölkəmizdə şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, müasir infrastrukturun qurulmasına və milli memarlıq irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

S.Əmiraslanov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və su təsərrüfatı sektoru bu siyasətin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, müasir şəhərsalmada su resurslarının səmərəli idarə olunması, itkilərin minimuma endirilməsi, alternativ su mənbələrinin araşdırılması və rəqəmsal texnologiyaların tətbiqi prioritet məsələlərdəndir.

O, həmçinin bildirib ki, Qaradağ rayonunda həyata keçirilən layihələr çərçivəsində yeni su xətlərinin çəkilməsi, mövcud şəbəkələrin yenilənməsi, müasir sutəmizləyici qurğuların quraşdırılması və kanalizasiya sistemlərinin genişləndirilməsi əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu layihələr nəticəsində fasiləsiz və keyfiyyətli içməli su təminatı, tullantı sularının təhlükəsiz idarə olunması təmin edilir ki, bu da həm ekoloji təhlükəsizliyin, həm də dayanıqlı inkişafın əsas şərtlərindəndir.

S.Əmiraslanov çıxışında, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən su təsərrüfatı layihələrinə toxunaraq qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə müasir standartlara uyğun su infrastrukturu qurulur və bu, bölgənin sosial-iqtisadi dirçəlişində mühüm rol oynayır.

Tədbirdə çıxış edən digər natiqlər – Bakı şəhəri Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov, ADSEA Qaradağ rayonu Sukanal İdarəsinin şöbə müdiri Murad Əliyev, kadrlar şöbəsinin əməkdaşı Fatma Cəfərova və başqaları su təsərrüfatı işçilərinin fədakar əməyindən, sahədə aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edərək bu sahəyə göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində YAP Qaradağ rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsi Qaradağ rayon sektorunun birgə təşkilatçılığı ilə Qaradağ Gənclər Evində məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. İntelektual yarışın nəticələrinə əsasən, Qaradağ rayonu 228 nömrəli tam orta məktəbin komandası I, 321 nömrəli tam orta məktəbin komandası II, 106 və 222 nömrəli tam orta məktəblərin komandaları isə eyni xal topladıqlarına görə III yerə layiq görülüblər.

Bundan başqa təşkilatçılar şahmat və stolüstü tennis üzrə ümumrayon turnirlərinə də start veriblər.