YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzaqgörən siyasətin təntənəsi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan və Çexiyan dövlətlər arasındakı əlaqələr həm tarixi bağlar, həm də müasir strateji maraqlar baxımından yüksək səviyyədə inkişaf etməkdədir. Ölkələrimiz arasındakı mövcud dostluq əlaqələri 2000-ci illərin sonundan etibarən, xüsusilə səfirliklərin açılmasından sonra daha da sürətlə inkişaf etməyə başlamışdır. 

2007-ci ildə Azərbaycanın Praqada, 2009-cu ildə isə Çexiyanın Bakıda səfirliyinin fəaliyyətə başlaması əlaqələrin yüksələn xəttlə inkişafına təkan vermişdir. Digər mühüm bir faktı da qeyd etmək lazımdır ki, Çexiya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir 8 yanvar 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur.Bununla yanaşı məlumdur ki, Azərbaycan Çexiya üçün mühüm enerji tərəfdaşıdır. Çexiya dövlətinə məxsus olan olan bir sıra  şirkətlər bu gün də Qarabağın bərpası prosesində əsasən müasir texnologiyalar və yaşıl enerji sahələrində aktiv iştirak edirlər. Hazırda Qarabağda günəş və külək elektrik qurğularının istehsalı,eləcə də su elektrik stansiyalarının tikintisi dünyanın bir çox dövlətinə məxsus olan şirkətlərin geniş maraq dairəsindədir. 

Cari ilin aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. 27 aprel 2026-cı ildə Qəbələdə keçirilən Azərbaycan-Çexiya Biznes Forumunda AZPROMO və müxtəlif Çexiya şirkətləri arasında Qarabağda sənaye və infrastruktur layihələrini əhatə edən yeni əməkdaşlıq memorandumları imzalanmışdır. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev məzmunlu nitqində ölkələrimiz arasında inkişaf etməkdə olan dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. Qarışlıqlı səfərlər iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir.

Bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır.

Qeyd edilən məsələlər xüsusi əhəmiyyətlidir. Ona görə ki, dövlətin inkişafı üçün onun iqtisadiyyatı güclü və dinamik olmalıdır. Təhlükəsizliyin təmin olunması üçün isə ilk növbədə təbii ki, güclü orduya və müdafiə sənayesinə sahib olmaq lazımdır. Azərbaycan Çexiya ilə sözügedən sahələr üzrə sıx əməkdaşlıq edir.  Bu isə bütün hallarda ölkələrimizin milli maraqlarına xidmət göstərir. Sevindirici haldır ki, bu gün Çexiya-Azərbaycan dostluğu və əməkdaşlığı güclənir, bu isə öz növbəsində gələcək münasibətlər üçün yeni perspektivlər açır.