YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 103-cü ildönümü münasibətilə bilik yarışı təşkil olunub.

Yarışda rayonun 25 təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Üç mərhələdən ibarət olan yarışda qaliblər ümumi xal çoxluğu prinsipi əsasında müəyyənləşdirilib.

Yekun nəticələrə əsasən, 70 saylı orta məktəbin komandası I yerə, 250 saylı orta məktəbin komandası II yerə, Kimya və biologiya təmayüllü Respublika liseyinin komandası isə III yerə layiq görülüb.  

Yarışın qaliblərinin mükafatlandırılması mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Kimya və biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı Həmidə Əliəfsərova Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın Azərbaycan elminin və dövlətçiliyinin inkişafındakı mühüm rolundan bəhs edərək, bu kimi tədbirlərin gənclərin bilik və dünyagörüşünün artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda yarışın qaliblərinə kubok, medallar, diplomlar və müxtəlif hədiyyələr təqdim olunub.