YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəkidə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və Peşə təmayüllü siniflər layihəsinin birgə təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində şəhər və kənd məktəblərinin peşə təmayüllü sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasındakı müstəsna xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətindən bəhs edib. O bildirib ki, dövlətçiliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində Ulu Öndərin rolu əvəzsizdir. Həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti Ulu Öndərin müəyyən etdiyi strateji kursun uğurla davam etdirilməsidir.

Ziya Vəliyev tədbirin əsas məqsədinin Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği, eləcə də gənclərin intellektual inkişafına dəstək olmaq olduğunu qeyd edərək iştirakçılara uğurlar arzulayıb.

Şəki Dövlət Regional Kollecin direktor müavini Rafiq Səmədov çıxışında Ulu Öndərin təhsilin inkişafına verdiyi töhfələrdən danışıb. O bildirib ki, bu cür tədbirlər həm Heydər Əliyev irsinin təbliği, həm də şagirdlər arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İntellektual oyunun koordinatoru, Peşə təmayüllü siniflər layihəsinin nümayəndəsi Kamran İsayev iştirakçılara oyunun qaydaları barədə ətraflı məlumat verib.

10 komandanın iştirak etdiyi yarışın nəticələrinə əsasən, Şəki şəhər 12 nömrəli tam orta məktəbin komandası I yerə, Şəki şəhər 7 nömrəli tam orta məktəbin komandası II yerə, Qoxmuq kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Sonda qalib və fərqlənən komandalara diplom və medallar, birinci yerin sahibi olan komandaya isə kubok təqdim edilib.