Xəbərlər
YAP Nəsimi rayon təşkilatı ƏPT-də iclas keçirib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Süleyman Rüstəm küçəsi 31 (MİDA) üzrə ərazi partiya təşkilatında iclas keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nailiyyətlər, xüsusilə tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.
İclasda təşkilati məsələlələrə də baxılıb, Ceyhun Hüseynov ərazi partiya təşkilatının sədri, Elçin Məmmədov isə sədr müavini seçilib.
Yığıncağın sonunda tədbir iştirakçıları yeni seçilən sədr və sədr müavinini təbrik edib, işlərində uğurlar arzulayıblar.
