YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Ümummilli Liderin xatirəsinə həsr olunmuş badminton turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş badminton turniri təşkil olunub.

13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin dəstəyi ilə keçirilən yarışda Bakı şəhəri üzrə 2011-2014-cü il təvəllüdlü 100-ə yaxın idmançı iştirak edib.

“Tournament Planner” proqramı vasitəsilə keçirilən püşkatma mərasimindən sonra turnirə start verilib. Olimpiya sistemi üzrə təşkil olunan yarışda yaş qruplarına uyğun olaraq 4 birinci, 4 ikinci və 8 üçüncü yerin qalibləri müəyyənləşdirilib.

Qaliblərin mükafatlandırılması mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev çıxış ediblər.

Natiqlər çıxışlarında Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər və idman siyasətindən bəhs edərək, ölkəmizin beynəlxalq arenada idman ölkəsi kimi tanınmasını vurğulayıblar. Eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmançılara göstərilən diqqət və qayğının əhəmiyyəti qeyd olunub.

Sonda turnirin qaliblərinə medal, diplom, kubok və hədiyyələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv