YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Aprel döyüşləri möhtəşəm Zəfərə yol açdı”

Göygöl rayonunda Aprel döyüşlərinin 10 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları rayonun Əlimədədli kəndində Aprel döyüşləri şəhidi Sərxan Bağırovun və Birinci Qarabağ müharibəsi şəhidi Eldar Əsgərovun məzarları ziyarət olunub. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub.

Göygöl Gənclər Evində “Aprel döyüşləri möhtəşəm Zəfərə yol açdı” mövzusunda keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vüqar Novruzov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, RİH başçısının müavini Kəmalə İbrahimova, Aprel döyüşləri şəhidi Sərxan Bağırovun anası Aytəkin Bağırova, şəhid atası Müşfiq Abbasov, Aprel döyüşlərinin iştirakçısı Sadiq Abbaszadə, partiyanın Göygöl rayon təşkilatının əməkdaşı Semur Əsgərov, Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun müdri Zaur Abbasov, müharibə veteranları Sərdar Balayev, Allahverdi Yusifov və digərləri çıxış ediblər. 

Natiqlər qəhrəmanlıq salnaməsi kimi tarixə düşən Aprel döyüşlərində mühüm strateji yüksəkliklər də daxil olmaqla 2 min hektardan artıq ərazinin erməni təcavüzkarlarından azad edilməsindən, Azərbaycan Ordusunun gücünü və qələbə əzmini nümayiş etdirməsindən, torpaqlarımızın döyüş yolu ilə azad olunmasına inamı artıraraq möhtəşəm Zəfərə yol açmasından bəhs ediblər. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq-iqtidar-ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə böyük tarixi əhəmiyyətə malikdir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, eləcə də Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı olduqca təqdirəlayiq haldır.

Qeyd olunub ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi təmin edilib. Beləliklə, Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində möhkəm zəmin yaradılıb. 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandanın Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə Dövlət Bayrağını ucaltması müasir tariximizin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirilib.

Tədbir sonunda Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv