YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Liderlik, fəal vətəndaşlıq və partiya üzvünün məsuliyyəti”

“Gənc Kadr” - Neftçala gənclərinin inkişaf proqramı çərçivəsində gənclərlə görüş keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin koordinatoru Sevinc Salehqızı “Liderlik, fəal vətəndaşlıq və partiya üzvünün məsuliyyəti” mövzusunda təlim keçib.

Təlim zamanı gənclərə liderlik və idarəçilik bacarıqları, ictimai fəallıq və vətəndaş məsuliyyəti ilə bağlı praktiki tövsiyələr verilib. İştirakçılar qrup işləri yerinə yetirərək komanda şəklində qərar qəbuletmə, problemlərin təhlili və liderlik bacarıqlarını praktik olaraq sınaqdan keçiriblər.

Daha sonra “Layihələrin yazılması və idarə olunması” mövzusunda növbəti təlim təşkil olunub. Bu mərhələdə təşəbbüsün layihəyə çevrilməsi, layihələrin yazılma qaydaları və donor təşkilatlara müraciət prosedurları ətraflı izah edilib. Qrup işləri çərçivəsində iştirakçılar layihələrin planlaşdırılması, resursların səmərəli idarə olunması və komanda şəklində uğurlu icra mexanizmləri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Hər qrupun təqdimatı müzakirə olunaraq onlara konkret tövsiyələr verilib.

Qeyd olunub ki, “Gənc Kadr” İnkişaf Proqramı Neftçala gənclərinin peşəkar bacarıqlarının artırılmasına, liderlik və idarəçilik potensialının gücləndirilməsinə, eləcə də ictimai-siyasi fəallığının yüksəldilməsinə mühüm töhfə verir.

DİGƏR Xəbərlər Arxiv