Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Dəmirçilər kəndində Vətən müharibəsi şəhidi Şamil Kamil oğlu İsmayıllının ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili 44 günlük müharibədə şəhidlərin göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altında olan torpaqları azad etdiyini qeyd edib.
