YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Şəmkir şəhər Məhəmməd Füzuli adına məktəb-liseydə anım tədbiri keçirib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edilib, həmin gün burada tarixin ən dəhşətli qətliamlardan biri törədilib. F.Vəliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul edib. 

Çıxış edən digər natiqlər vurğulayıblar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub. Qeyd olunub ki, Xocalı şəhəri separatçılardan təmizlənib və Azərbaycanın bütün ərazilərində şanlı bayrağımız əzəmətlə dalğalanır. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramı uğurla reallaşdırılır.

Tədbirdə şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.