YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatının təsis olunmasının 33 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, partiya veteranları Ramiz Kərimov, Ramiz Süleymanov, Nurcamal Əsgərova və partiya fəalı Şəmsinur Hüseynova çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən danışıblar.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edərək, regionun ən böyük siyasi təşkilatına çevrilib.

YAP Mingəçevir şəhər təşkilatının ötən 33 il ərzində uğurla fəaliyyət göstərdiyi, hazırda 50 ərazi partiya təşkilatının tərkibində 8094 nəfər üzvü birləşdirdiyi xüsusi qeyd olunub.

Daha sonra şəhər təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman təqdim olunub.